Bakıda «Niva»ya avtomatdan atəş açdılar; yaralı var - VİDEO

Bakının Binəqədi rayonunda güllələnmə hadisəsi baş verib. Avtosfer.az-ın APA TV-yə istinadən məlumatına görə, hadisə Cavadxan küçəsində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında qeydə alınıb. Naməlum şəxs avtomat silahdan 43 yaşlı Qasımov Hüseyn Əli oğlunu güllələyib. Nəticədə Hüseyn Qasımov güllə yaraları alıb və ətrafdakı şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Atılan çoxsaylı güllələrdən bir neçəsi yol kənarında park edilmiş “Niva” markalı avtomobilə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin gözətçi otağına dəyib. Binəqədi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisəni törədən şəxs hələ saxlanılmayıb. Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, güllələnən Qasımov Hüseyn Əli oğlu əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işləyib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












