Bakıda Novruz ərəfəsində geniş təmizlik işləri aparıldı - FOTOLAR

Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi və mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə bu gün paytaxtda genişmiqyaslı təmizlik işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, paytaxtın kommunal təsərrüfat xidmətlərinin texnikası ilə əsas küçə və prospektlər, həm də məhəllədaxili və ara yollar bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulub. Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.
İctimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman yaradılıb.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağaclar yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib. Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilib, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılıb.
Yaz mövsümü ilə əlaqədar paytaxtda həyata keçirilən yaşıllaşdırma və təmizlik işləri davam etdiriləcək.















“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












