Bakıda obyektin sökülməsi narazılıq yaratdı: “Yata bilmirik” - VİDEO

Paytaxtın Səbail rayonunda gecə saatlarında üçmərtəbəli obyektin söküntüsü ərazidə yaşayanların narazılığına səbəb olub. Sakinlər səs-küydən narahat olduqlarını, yata bilmədiklərini bildiriblər.
“İki il ərzində tikilən binanı yarımçıq qoyub getdilər. İndi də sökməyə başlayıblar. Camaat bayırdadır, heç kim yata bilmir. Səhər durub işə getməliyik. Gecə saat 3-də söküntü olar? Bizim dərdimiz yatmaqdır, körpə uşaqlar yazıq deyillər? Onları necə başa salasan ki, çöldə söküntü gedir”, - deyə sakin narazılığını bildirib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən binanın söküntüsü Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, həmçinin digər aidiyyəti qurumların müraciəti əsasında aparılır.
İşlərin niyə gecə vaxtı aparılmasına gəlincə isə qurumdan bildirilib ki, sürüşmə zonasında bir müddət öncə qanunsuz olaraq inşa edilmiş həmin bina ərazidə sürüşmə riskini artırdığından ən qısa zamanda sökülməli idi. Buna görə də işlər gecə saatlarında aparılıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Paytaxtın bu yollarında tıxac var - SİYAHI
Bakıda tramvaylar niyə ləğv edilmişdi?
Bu ərazidə yolun bir hissəsi qazılıb, nişan yerinə isə daş qoyulub - VİDEO
“Epşteyn sənədləri”ndə Elmar Məmmədyarovun da adı var - DETALLAR
Əhali arasında yayılan respirator virus nədir? - İnfeksionistdən AÇIQLAMA
Avtobuslarda gedişhaqqı ucuzlaşa bilərmi? - SƏBƏB
Bakıda tramvay nəqliyyatının bərpası şəhərdə tıxacın qarşısını ala bilər? - ARAŞDIRMA
"Atılan bütün addımlar tıxacın aradan qaldırılması məqsədi daşıyır" - AÇIQLAMA
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO
Hər gün yanından keçirik, amma görmürük — Uşaqları belə "zəhərləyirlər"
509 saylı marşrut avtobusu ilə bağlı narazılıq: Yolun yarısından qayıdırmış










