Banner

Oğurluq edən "patı" istifadəçisi binanın komendantını bıçaqladı - FOTO - VİDEO

Gündəm 24 İyul 2021 23:05 Oxunub 3988
Oğurluq edən "patı" istifadəçisi binanın komendantını bıçaqladı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında oğurluq hadisəsi baş verib. 

Hadisə dünən saat 11.00 radələrində olub. Narkotik maddə sayılan "patı" istifadəçisi olduğu deyilən şəxsin binaya daxil olaraq elektrik naqillərini oğurladığı müəyyən edilib. 

Binanın komendantı Faiq Qurbanovun müqaviməti ilə rastlaşan həmin şəxs komendanta bıçaqla hücum edərək qaça bilib. 

Hadisə müşahidə kameraları vasitəsilə qeydə alınıb. 

Qeyd edək ki, bina sakinləri bu tip oğurluq hadisələrinin tez-tez baş verdiyini bildirirlər.///oxu.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh