Bakıda oğurluq edən qadın tutuldu – FOTO

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyri-aşkar şəraitdə və zərərçəkənə maddi ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstü açılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhər sakini Əliağa Kərimov yanvarın 27-də Polis Bölməsinə şikayət edərək bildirib ki, yaşadığı evdə içərisində 1600 ABŞ dolları və 300 manat olan pul kisəsi naməlum şəraitdə oğurlanıb. Bölmə əməkdaşlarının “isti izlərlə” həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Nərimanov rayon sakini, əvvəllər məhkum olunmuş Fəridə Miriyeva saxlanılıb. Saxlanılan şəxsin üzərindən oğurladığı pulun bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb. F.Miriyeva bildirib ki, oğurluğa daxil olduğu evin qonşuluğunda qohumu yaşayır. O, qohumunun evinə gəlib-gedən zaman oğurluq məqsədi ilə həmin mənzilə daxil olduğunu etiraf edib.
Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.
Fidan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI














