Yol kənarında ölmüş it üfunət yayır, qurumlar yaxın durmur - ŞİKAYƏT - VİDEO
Gündəm
4 İyul 2023 12:49
Oxunub 2680

Buzovna qəsəbəsində ölmüş it əraziyə üfunət yayır. Bu barədə sakinlərdən biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, neçə gündür it naməlum səbəbdən ölüb, lakin onu ərazidən götürən yoxdur. Hava isti olduğu üçün təhlükəli vəziyyət yaranıb. Həmin şəxs iddia edir ki, məsələ ilə bağlı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşlarına məlumat verib. Lakin onlar ərazini təmizləməkdən boyun qaçırıblar.
Ümid edirik ki, aidiyyəti qurumlar vətəndaşın bu müraciətini araşdıracaq və tez bir zamanda tədbir görəcək.
Könül
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













