Bakıda ölüm marşallarına təlim keçirilir

Bakıda Formula 1 yarışlarının xilasedici marşalları üçün təlimlər keçirilir. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən milli.az-a bildiriblər ki, 25-28 aprel tarixlərində FHN-in Akademiyasında yanğınsöndürmə və xilasetmə üzrə marşallar üçün təlim təşkil olunacaq. Azərbaycanlı marşallara təlimi Bəhreyn Motor-İdman Federasiyasından gəlmiş təlimçilər keçəcəklər. Qeyd edək ki, marşallar elə FHN-in öz əməkdaşları olacaq.

Xatırladaq ki, marşallar Formula 1 yarışlarında mühüm rol oynayan, avtodromun işçi heyəti sayılan şəxslərdir. Onlar da könüllülər kimi ödəniş almırlar. Yarış günü onlar avtomobillərin keçdiyi tras boyunca düzülürlər. Vəzifələri isə təhlükəsizliyin təmin edilməsi - bolidləri və pilotları təhlükəli vəziyyətlərdən xilas etmək, trasda maneə və təhlükələr haqda pilotları bayraqlarla xəbərdar etməkdir.

Marşal işi təhlükəli hesab olunur. Belə ki, bu vaxta qədər keçirilən yarışlarda hətta marşalların ölümü faktları da baş verir. Ona görə də onlara bəzən "ölüm marşalları" da deyilir.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












