Bakıda ötən həftə sərnişinlərin tutduğu cibgir təcridxanada ölüb

Bakıda istintaq təcridxanasında təqsirləndirilən şəxs ölüb. Hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında baş verib. Belə ki, vərəm xəstəliyindən əziyyət çəkən 1962-ci il təvəllüdlü Məlikov Fəxrəddin İsabala oğlu təcridxanada ölüb. Onun meyiti aidiyyəti üzrə Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünyasını dəyişmiş Fəxrəddin Məlikov bir həftə əvvəl - mayın 24-də Bakı şəhəri, Sabunçu rayonunda cibgirlik edərkən saxlanılıb. O, 107 saylı sərnişin avtobusunda Sultan Tağıyev adlı sərnişinin cibindən pul oğurlayarkən tutulub. S.Tağıyev onu döyüb. Vətəndaşlar F.Məlikovu polis əməkdaşlarına təhvil verib. F.Məlikov əvvəllər də məhkumluq həyatı yaşayıb.
“Report”
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












