Bakıda parkda təmir başladı: piyadalar təhlükədə - FOTO

Statistika İdarəsinin qarşısında yerləşən parkda bu gün səhərdən söküntü işləri başlayıb. Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bağlanan parkda hazırda tametlərin və səki daşlarının sökülməsi prosesi gedir. Onu da qeyd edək sözügedən parkda Mikayıl Müşfiqin büstü də yerləşir. Düz parkın qarşısında piyada keçidinin yerləşməsi isə təmir sonra başağrısına çevrilib. Belə ki, yolun əks tərəfinə keçən piyadalar qarşılarında mane görərək əks tərəfə keçmək üçün yol qırağı ilə getməyə məcbur olurlar. Parkın əks tərəfinə keçmək üçün pilləkənlər bağlı olduğundan onlar avtomobillər hərəkət edən yolla parkın başına dövrə vuraraq əks tərəfə keçirlər. Bu isə piyadaların həyatı üçün çox təhlükəlidir. "Azəravtoyol”un mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin məlumatına görə, hazırda parkda həyata keçirilən söküntü işləri "Sovetski” kimi tanınan ərazinin yenilənməsi ilə bağlıdır. Anar Nəcəfli Mikayıl Müşfiqin büstünün əvvəlki yerində qalacağını da bildirib. O, bildirib ki, gələcəkdə Statistika dairəsinin genişləndirilməsi zamanı isə bu ərazidən istifadə ediləcək. Həmin vaxt isə büstün yerinin dəyişdiriləcəyi nəzərdə tutulub.




İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












