Banner

Bakıda piyadalar üçün təhlükəli yol - VİDEO

Gündəm 25 Mart 2022 13:22 Oxunub 1536
Bakıda piyadalar üçün təhlükəli yol   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Binəqədi rayon, Abay Kunanbayev küçəsində keçmiş Azərbaycan Beynəlxalq Universitetinin qarşısındakı avtomobil yolu vətəndaşlar üçün ciddi təhlükə yaradır. Sözügedən yolun piyada səkisini zəbt edən restoran piyadaların və sürücülərin bir-birini görməsinə maneə törədir.

 

Axar.az xəbər verir ki, yolun döngə hissəsinin hər iki tərəfində piyada xətti çəkilib. Lakin yolu dönmək istəyən sürücülər restoranın yaratdığı maneəyə görə qarşıdan piyada keçdiyini görmür və nəticədə qəza baş verir.

 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı saytımıza açıqlamasında bildirib ki, paytaxtın əksər yerlərində hərəkətin təşkili ilə bağlı ciddi qüsurlar var:

 

“Sözügedən yolda da piyada xətti təhlükəli nöqtədədir. Çünki sərt döngəyə daxil olan avtomobilin sürücüsü piyadanı gec görə bilər. Burada qəza riski qaçılmazdır. Həmçinin ərazidə görülmə məhdudiyyəti də var. Bu səbəbdən həmin piyada keçidinin yeri dəyişdirilməlidir”.

 

Bakı Şəhər İcra Hakimiyyətindən saytımıza bildirilib ki, piyada xətti ilə bağlı məsələyə baxılacaq.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh