Bakıda piyadanı isladan sürücü cərimələndi

Yağışlı havada piyadanın üstünü çirkləndirdiyinə görə bir avtomobil sürücüsü inzibatı məsuliyyətə cəlb olunub. Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo” ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov məlumat verib. O qeyd edib ki, yağışlı havada avtomobil sürücüləri hərəkət edərkən minimum sürət həddini seçməlidir:
“Xüsusilə sürücülər piyadalara yaxınlaşdıqda elə etməlidirlər ki, çirkli yağış suları onların üst-başını çirkləndirməsin. Artıq 4 piyada bununla bağlı bizə müraciət edib. Həmin vətəndaşların müraciəti əsasında həmin sürücülərdən biri barəsində bu gün səhər saatlarında protokol yazılıb. Belə ki, bu avtomobil sürücüsünün yüksək sürətlə avtomobili idarə etməsi nəticəsində su gölməçəsi vətəndaşın geyimini bulayıb. Bu inzibati xəta tərkibi yaradır və sürücünün məsuliyyətə cəlb edilməsi deməkdir”.
Qeyd edək ki, bu qaydanı pozan sürücüləri 40 AZN cərimə gözləyir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












