Bakıda piyadanı vurub öldürən avtobus sürücüsünün məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən avtobus sürücüsü Hakim Saatovun cinayət işi üzrə məhkəmə başlayıb. APA-nın məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən H. Saatov özünü təqsirli bilib, fəhlə olduğunu, hərdən avtobus sürdüyünü deyib. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edib və hadisə barədə ətraflı danışmaq istəməyib. Məhkəmə iclasında H. Saatovun əvvəllər də yol-nəqliyyat hadisəsi törətməsi, ölən şəxsin isə bir azyaşlı övladının olduğu məlum olub. İclasda şahid də dindirilib. Tehran Quliyev adlı şahid ifadəsində deyib ki, hadisə baş verən gün özünü pis hiss etdiyindən evə gedib və avtobusu H. Saatova verib: "Bir müddət sonra dispetçer zəng edib qəza baş verdiyini dedi. Mən də gəldim".
Qeyd edək ki, ötən il sentyabrın 14-də paytaxtın Yasamal rayonu ərazisində 1977-ci il təvəllüdlü Saatov Hakim Aslan oğlunun 39 saylı marşrut üzrə idarə etdiyi “Daewoo” markalı 99-XV-274 dövlət nömrə nişanlı avtobus Bakı şəhəri, A. Şərifzadə küçəsində yolun kənarında dayanmış piyada Əskərova Günel Adəm qızını vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Ölüm faktına və H.Saatovun hadisə yerindən qaçmasına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində H.Saatov sentyabrın 14-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. İstintaq zamanı H.Saatovun avtobusu nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etməsi müəyyən edildiyindən əməl Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO










