Bakıda polkovnikin xanımı yol qəzasında öldü - FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi faciəvi şəkildə həlak olub. Avtosfer.az criminal.az-a istinadən xəbər verir ki, universitetin ''İnformatika'' kafedrasının müəllimi Sevda ismayılovanın idarə etdiyi ''Nissan'' markalı avtomobil yanvarın 9-da saat 16 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Malik Məmmədovun idarə etdiyi "BakıBus" MMC-yə məxsus "İveco" markalı (6 saylı xətt avtobusu) avtobusla toqquşub. S.İsmayılova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
S.ismayılova 1967-ci ilin fevral ayının 27-də Tovuz rayonunun Ələmərdanlı kəndində anadan olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Aqrar Universitetində, Gəncə elm mərkəzində işləyib. 2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasının müəllimi idi.
Məlumata görə, S.İsmaylovanın həyat yoldaşı isə polis zabitidir. Onun həyat yoldaşı polkovnik-leytenant Asif İsmayılov Daxili İşlər Nazirliyinin ''Xəzri'' istirahət Mərkəzinin baş mühasibidir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI














