Banner

Bakıda “pub”da əməliyyat: Onlarla şəxs cəzalandırıldı - VİDEO - FOTO

Gündəm 29 Avqust 2020 18:38 Oxunub 1692
Bakıda “pub”da əməliyyat: Onlarla şəxs cəzalandırıldı - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxt ərazisində karantin rejimi qaydalarını pozan ictimai iaşə obyektlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nizami rayonu Məmmədəli Şərifli 84 B ünvanında “Bosman Pub” adı altında xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən və sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan obyekt aşkar edilib.

Həmin məkana baxış zamanı orada müştəri və xidməti personalla bərabər ümumilikdə 31 nəfərin xüsusi karantin qaydalarını pozduqları məlum olub.

Həmçinin, baxış zamanı obyektdə olan müştərilərin heç birinin sosial məsafə gözləmədiyi, eləcə də, tənəffüs yollarını qoruyan xüsusi tibbi maskalardan istifadə etmədikləri üzə çıxıb.

Obyekti icarə əsasında işlədən Bakı şəhər sakini Babək Qaçayev və digərləri saxlanılaraq, polis idarəsinə gətiriliblər. Tədbir nəticəsində sanitar-epidemioloji normalarını pozan 31 nəfər  barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub və onlar inzibati məsuliyyətə cəlb olunublar.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh