Bakıda qadını avtomobillə vurub öldürən şəxs məhkəməyə müraciət edib

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elgün İbrahimov barəsində olan hökmdən apellyasiya şikayəti verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyunun 21-nə təyin edilib. İşə hakim İlqar Murquzovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini E.İbrahimov idarə etdiyi "Opel" markalı avtomobillə yolu keçmək istəyən piyada 65 yaşlı Leyla Hüseynovanı vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb. Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan E.İbrahimovun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdi. 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İbrahimov 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri isə həbs qətimkan tədbiri ilə əvəz olunub. E.İbrahimov məhkəmə zalında həbs edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












