Bakıda qadını niyə tikə-tikə doğrayıb zibilliyə atdılar? - Səbəb məlum oldu

Bakıda qadının öldürülməsi və meyitinin doğranaraq zibil qutusuna atılması hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, fevralın 16-da saat 9 radələrində Binəqədi rayonu Azadlıq prospekti 28 ünvanının qarşısındakı zibil qutusunda bədən hissələri tapılan 58 yaşlı Lyubov Rəhimova ilə hadisəni törədən İrina Qorlova rəfiqə olub. Bildirilir ki, Suraxanı rayonu Bülbülə qəsəbəsində hadisənin baş verdiyi ev 50 yaşlı İrinaya məxsusdur və rəfiqəsi bir müddət imiş ki, onunla birgə yaşayırmış. Onlar vaxtaşırı içki məclisləri təşkil edirmiş və belə məclislərin birində rəfiqələr arasında dava düşüb. Lyubovun onu söyməsindən əsəbiləşən İrina qab ilə onun başına zərbə endirib. Rəfiqəsinin öldüyünü görən qadın onun meyitini balta ilə doğrayaraq torbaya yığıb və taksi çağırıb. O, taksi ilə öldürdüyü rəfiqəsinin meyitinin hissələrini Binəqədi rayonu Azadlıq prospektinə gətirərək buradakı zibil qutusuna atıb.
Polis tərəfindən saxlanılan İrina Qorlova meyitin hissələrini niyə Bülbülədən Azadlıq prospektinə gətirdiyini izah etməkdə çətinlik çəkib və paytaxtda tək bu ərazidəki zibilliyi tanıdığını deyib. Lakin sonradan məlum olub ki, Lyubov Rəhimova əvvəllər xeyli vaxt bu ərazidə yaşayıb və İrina izi itirmək üçün onun meyitini hissələri bölərək buraya gətirib.
Araşdırmalar davam etdirilir.
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










