Banner

Bakıda şadlıq evinin qarşısındakı qanunsuz parkinq söküldü - FOTO - VİDEO

Gündəm 24 Mart 2022 17:51 Oxunub 7368
Bakıda şadlıq evinin qarşısındakı qanunsuz parkinq söküldü - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xocalı prospektində yerləşən "Mübarək" şadlıq evinin qarşısında qanunsuz parkinq quraşdırılıb. Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, vətəndaşlar üçün nəzərdə tutulan parkinq dəmir kilidlərlə zəbt olunub. Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Nəqliyyat Agentliyi hadisəyə münasibət bildirib. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev qeyd edib ki, məsələ ilə bağlı artıq tədbir görülüb. Qeyd olunub ki, həmin ərazidə quraşdırılan dəmir kilidlər sökülərək, əvəzinə plastik arakəsmə qoyulub.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh