Bakıda qanunsuz silah gəzdirən şəxslər saxlanılıb - FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.
Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Natiq Ələkbərovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.Onu üzərinə baxış keçirilən zamanı “Revolver” tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar olunaraq götürülüb.
Baş İdarə əməkdaşları tərəfindən qanunsuz olaraq üzərində odlu silah gəzdirən şəxsin saxlanılması istiqamətində daha bir uğurlu əməliyyat həyata keçirilib.
Əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhər sakini Yalçın Takuzadə Binəqədi rayonu Sulutəpə qəsəbəsində saxlanılıb. Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança və 1 ədəd patron aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















