Bakıda qanunsuz süni mayalanma proseduru həyata keçirən xəstəxanalar var? – RƏSMİ AÇIQLAMA - VİDEO

Artıq bir ümddətdir ki, sosial şəbəkələrdə Azərbaycanda süni mayalanma yolu ilə uşaq dünyaya gətirilməsi mövzusunda müxtəlif iddialar irəli sürülür.
Avtosfer.az xəbər verir ki, Türkiyədə yaşayan həkimlər Azərbaycanda süni mayalanma prosedurlarını həyata keçirən bir neçə xəstəxananın olduğunu bildirir. Həmvətənlərimizin yaydığı məlumatda o da qeyd edilib ki, bu proses heç də şəffaf yollarla aparılmır.
Belə ki, onların iddialarına əsasən, ölkəmizdə süni mayalanma prosedurlarının aparılması qanunla qadağan edilsə də, Səhiyyə Nazirliyi müəyyən xəstəxanalara xüsusi icazə verib ki, bu proses davam etsin. Digər tərəfdən nəzərdə tutulan 2 özəl və 1 dövlət xəstəxanası süni mayalanma prosedurlarını uşaq sahibi olan kişinin genindən istifadə etmirmiş. İddidada o da bildirilir ki, istifadə edilən gen xəstəxanaların 10 nəfərdən ibarət donor qrupundan əldə edilirmiş. Bu məsələyə aydınlıq gətirilməsini istəyən Türkiyədə yaşayan tibb işçiləri deyir ki, gələcəkdə bu prosesin sonu Azərbaycan xalqının məhvinə səbəb ola bilər. çünki milliyyəti və kimliyi bilinməyən, gizli saxlanılan bu 10 nəfərin erməni, yəhudi, rus, hindli, ərəb və s. olmaq ehtimalı da var. Bu baxımdan, əhalinin genefonduna zərər vuracaq addımlar həmvətənlərimizi narahat edir və onların irəli sürdüyü iddialara cavab təlbə edirlər.
Mövzu ilə əlaqədar SƏhiyyə Nazirliyindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, səsləndirilən iddialar həqiqəti əks etdirmir:
“Hazırda Azərbaycan Respublikasının qanunvericiliyində süni mayalanma (köməkçi reproduktiv texnologiya) prosedurlarının həyata keçirilməsi ilə bağlı normativ hüquqi baza hazırlanmaqdadır. Bu səbəbdən belə prosedurların aparılmasına dair hər hansı icazənin verilməsi və ya həyata keçirilməsi qanunla nəzərdə tutulmur.
Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə heç bir tibb müəssisəsinə xüsusi icazə verilməyib. Əgər qeyd olunan iddiaları təsdiqləyən fakt və sübutlar mövcuddursa, onların hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunması məqsədəuyğundur.
Qeyd edək ki, “Reproduktiv sağlamlığın qorunması haqqında” Azərbaycan Respublikası Qanun layihəsi qəbul edildikdən sonra süni mayalanma və oxşar prosedurların həyata keçirilməsi müvafiq qaydada tənzimlənəcək”.
Səfər
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq








