Bakıda qarşıdurma: Mühafizəçilər mağazaya hücum etdi - VİDEO

Bu gün səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edib. Avtosfer.az xəbər verir ki, bu barədə mağazadan məlumat verilib. Mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunub. Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq supermarket əməkdaşlarına ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb. Qarşıdurma zamanı Binəqədi rayon Polis İdarəsinin, 7 ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirilib. Baş vermiş hadisə ilə bağlı “Safastore” MMC-nin rəhbərliyi tərəfindən Daxili işlər naziri və Baş Prokurora müraciət ünvanlayacaq. Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A.Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir. Qarşıdurma ilə bağlı videonu təqdim edirik:
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












