Bakıda qatı duman - Hərəkət çətinləşdi, tıxac var

Bu gün axşam saatlarından başlayaraq, Bakıda və bəzi bölgələrdə güclü duman müşahidə olunur. Eyni vəziyyət martın 10-na keçən gecə də hökm sürüb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hava qaraldıqdan sonra Bakının avtomobil yollarında görünüş məsafəsi xeyli azalıb, qatı duman avtomobillərin hərəkətini çətinləşdirib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, axşam saatlarında Yasamal rayonu ərazisindəki küçə və prospektlərdə, eləcə də, Tiflis, Moskva prospektlərində, “20 Yanvar” dairəsi istiqamətində dumanla əlaqədar avtomobillərin hərəkətində çətinlik olub, nəqliyyat sıxlığı yaranıb. Bir qədər sonra sıxlıq aradan qalxıb və hazırda nəqliyyatın hərəkəti normaldır.
Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanından bildirilib ki, dumanlı hava şəraiti aeroportun işinə təsir etməyib, dumanla əlaqədar təxirə salınan reys yoxdur. Bakıya gəlməli olan bir neçə reysdə ləngimə var. Amma bu ləngimə dumanla bağlı deyil.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, hazırda Bakı ilə yanaşı bir sıra rayonlarda da dumanlı hava şəraiti hökm sürür. Duman martın 11-i səhər saatlarınadək davam edəcək və gündüz saatlarında duman gözlənilmir.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY













