Bakıda qaydaları pozan avtobus sürücüsü işdən azad edildi

40 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun (Dövlət Qeydiyyat Nömrəsi 10-TG-832) sürücüsünün metronun “Neftçilər” stansiyası yaxınlığındakı piyada keçidində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair yayılan videogörüntüylə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, araşdırmaya əsasən, avtobusun sürücüsünün Hacıyev Rahib Nurəddin oğlu olduğu müəyyən edilib. 40 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı və sürücü dərhal Bakı Nəqliyyat Agentliyinə çağırılıb və izahatları alınıb. Kobud qayda pozuntusuna yol verdiyini etiraf edən sürücü Bakı Nəqliyyat Agentliyinin tələbi əsasında 40 nömrəli müntəzəm marşrut xəttinin istismarını həyata keçirən daşıyıcı tərəfindən işdən azad edilib. Daşıyıcıya isə bir daha sürücülərinin analoji hallara yol verməməsi üçün zəruri tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edilib. Agentlik bir daha bəyan edir ki, ictimai nəqliyyatda yol hərəkəti qaydalarına, qanunverciliyin tələblərinə əməl etməyən, sərnişinlərin həyatını təhlükəyə ataraq müəyyən olunmuş qaydaları pozan daşıyıcılar, eləcə də sürücülər barədə bundan sonra da ən sərt şəkildə tərbirlər görüləcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












