Bakıda qəbristanlığı fermaya çevirdilər - VİDEO

Bakının ən böyük qəbiristanlıqlarının birini fermaya çeviriblər. Avtosfer.az məlumat verir ki, söhbət Keşlə qəbirstanlığından gedir. Sahibkar qəbiristanlıqda döyüş xoruzları saxlayır. Təsərrüfat sahibi kefi istəyəndə qəbirlərin yanında xoruzları döyüşdürür. Qəbiristanlığın müdiri isə verdiyi açıqlamalarla özünü gülməli vəziyyətə qoyub. “Həzi Aslanov” metrosunun yaxınlığındakı qəbiristanlıqda isə qoyun saxlanılır. Döyüşkən xoruzlar qəbirlərin üstündə gəzir, yaxud qəbirlərin arasında döyüşürlər. Qəbristanlığın içində döyüş xoruzları saxlayan şəxs kefi istəyəndə onları elə burda da döyüşdürür. Xoruzların sahibi müsahibə vermək istəmir. Öz yerinə qəbiristanlığın müdirini qabağa verir. Müdir isə vəziyyətdən narahat olduğunu xoruzu saxlayanın öz yanında etiraf edir. Amma müdir bunu açıqlamır ki, niyə xoruzların qəbiristanlıqda saxlanılmasına icazə verib…
“Həzi Aslanov” metrosunun yaxınlığındakı qəbristanlıqda isə bir nəfər qoyun saxlayır. Qəbirlərin 1 metrliyində qoyun peyini tökülüb, ətrafdan üfunət iyi gəlir. Lakin qoyunları saxlayan adam burda bir qəbahət görmədiyini deyir və əsassız arqumentlər gətirir. Deyir ki, qoyunların peyinlərindən ölü yiyələrinə də verir ki, əkdikləri gül və ağacların dibinə töksünlər. (xəzərxəbər)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












