Bakıda qəribə hadisə: divanı "göyün yeddinci qatına" qaldırdılar - VİDEO

Bakıda çoxmərtəbəli binada yerləşən mənzilə kran vasitəsilə divan qaldırılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Yanaşı binalardan birindən çəkilən videoda divanın 2 nəfərin müşayiəti ilə binanın 10-cu mərtəbəsinə qaldırıldığı görünür.
Sözügedən görüntülər maraqla qarşılanıb, eyni zamanda müzakirə mövzusuna çevrilib. Belə ki, izləyicilər daşınma zamanı təhlükəsizlik tədbirlərinin gözlənilmədiyini, bel bağından belə istifadə etməyən ustaların yıxılma riskinin yüksək olduğunu yazıblar. Bundan əlavə, bu cür daşınma zamanı binanın həyətində ola biləcək şəxslərin də həyatının sığortalanmadığı qeyd edilib.
Məlumat üçün bildirək ki, xarici ölkələrdə ağır ev əşyalarının hündürmərtəbəli binalara kranla daşınması təcrübəsi var, lakin orada adətən əşyalar dəmir çərçivələrlə əhatə olunmuş yük yerlərində daşınır.
qafqazinfo
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI
Paytaxtın 14 küçəsində tıxac var - SİYAHI










