Bakıda qeyri-qanuni taksi fəaliyyətinə qarşı tədbirlər gücləndirilib - FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində qeyri-qanuni taksi fəaliyyəti göstərən, o cümlədən taksi minik avtomobilləri üçün qanunla müəyyən edilən tələbləri pozan, fərqlənmə nişanı olmadan bu fəaliyyət növü ilə məşğul olan və yol hərkəti qaydalarına əməl etməyən sürücülərə qarşı mübarizə tədbirlərini gücləndirib. BNA-dan Avtosfer.az-a verilən məlumata görə, məqsəd həm şəhər sakinlərinin, həm də istirahət üçün paytaxtımıza gələn yerli və xarici turistlərin rahatlığını, onlara keyfiyyətli, eyni zamanda təhlükəsiz taksi xidmətinin göstərilməsini təmin etməkdir. Belə ki, martın 23-də paytaxtın paytaxtın Azneft meydanında, Neftçilər prospektində, Dilarə Əliyeva, 28 may və digər mərkəzi küçələrdə eçirilən birgə tədbir zamanı taksi fəaliyyəti ilə məşğul olan sürücülərin bir çoxunun müvafiq qanunvericiliyin tələbinə əməl etmədiyi müəyyən olunub. Nəticə olaraq 21 taksi sürücüsünə qarşı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinin tələbinə (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) uyğun protokol tərtib edilib. Bununla yanaşı, Agentliyin və Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları taksi sürücüləri ilə geniş maarifləndirici söhbətlər aparıb. Bir daha onlara qanunvericiliyin tələbləri üzərlərinə düşən məsuliyyətləri izah edilib. BNA bir daha taksi xidməti sərnişinlərin rahatlığını, təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulan, texniki cəhətdən saz vəziyyətdə olan avtonəqliyyat vasitələri ilə həyata keçirməli olduğunu bəyan edir. Taksi sürücüləri avtomobillərini hər yerdə deyil, yalnız müəyyən edilmiş duracaq yerlərində saxlayıb müştəri gözləməlidirlər. Qeyd olunan tələblərə cavab verməyən şəxslər Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları inzibati məsuliyyətə cəlb olunacaqlar.
Emin
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
























