Bakıda qızı zorla avtomobilə mindirib qaçırdılar

Bakıda gənc qız zorla avtomobilə mindirilərək qaçırılıb. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, hadisə dünən Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində baş verib. 1990-cı il təvəllüdlü Mirzəyev Gülbəniz Qafar qızı avtobus dayanacağında olarkən bir neçə nəfər avtomobillə sürətlə yaxınlaşıb və onu zorla avtomobilə mindirərək aparıblar. Avtomobil Salyan rayonu ərazisində olarkən qarşıda polis postunun olduğunu görən qız sürücüyə hücum edərək sükanı onun əlindən almağa çalışıb və bu zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Yol polisi əməkdaşları avtomobilin şübhəli olmasını müəyyən edən kimi onları saxlayıblar və zorla qaçırılan qızı xilas ediblər. Qızı Saatlı rayonuna aparmaq istəyən 1993-cü il təvəllüdlü Məmmədov Ceyhun Rüstəm oğlu və daha bir nəfər tutularaq Qaradağ rayon Polis İdarəsinə təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin 29.144-cü (adam oğurluğuna cəhd) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO










