Bakıda qonşusunu ölümlə hədələyən şəxs generalın qohumu imiş

Bakıda ''Porsche''ni qonşusunun üstünə sürərək onu ölümlə hədələyən biznesmenin generalla qohumluq əlaqəsi üzə çıxıb. Criminal.az xəbər verir ki, biznesmenin hiddətinə qonşusunun ona salam verməməsi səbəb olub. Bir neçə gün əvvəl Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli binanın zirzəmisindəki qarajda, həmin ünvanda yaşayan Orxan Əhədovla Rəşad Məmmədov arasında münaqişə baş verib. Rəşad qaraşda ona salam verməyib. Bu hərəkəti özünə hörmətsizlik kimi qəbul edən Orxan qarajda onunla dalaşıb, sonra da ''səni tapdalayaram'' deyərək maşınının sükanı arxasına keçib. ''Porsche'' markalı avtomobilini işə salaraq Rəşadın üstünə sürüb.
Criminal.az-ın əldə etdiyi məlumata görə, O.Əhədov vergilər naziri Fazil Məmmədovun müşaviri - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı vəzifəsində çalışır. H.Məmməov vergi generalıdır.
O.Əhədovun Bakıda bir neçə çay evi və obyektləri var. Qardaşı Rövşən Əhədov isə bir neçə il əvvəl adam öldürüb və artıq cəzasını başa vuraraq azadlığa buraxılıb.
Onu da qeyd edək ki, O.Əhədov xuliqanlıq hərəkəti etməklə yanaşı, polisə qarşı da saymamazlıq edir. Hadisə bir neçə gün əvvəl baş versə də, polis əməkdaşlarının çağırışlarına məhəl qoymur, barəsindəki şikayətlə bağlı izahat verməkdən boyun qaçırır.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA










