Bakıda qorxulu mənzərə: yeni təmirdən çıxan yol çökdü - FOTO

Bu gün səhər saatlarında paytaxtın Nizami rayonu Mehdi Abbasov küçəsində çökmə qeydə alınıb. Avtosfer.az xəbər verir ki, dərhal hadisə yerinə “Azəravtoyol” ASC-nin əməkdaşları cəlb olunub. Məlum olub ki, həmin yolun altından keçən kanalizasiya kollektoru partladığından və çırkab suları yol yatağını yuyub apardığından yolun hərəkət hissəsi 2-3 metr dərinlikdə çöküb. Hazırda aidiyyəti qurum tərəfindən kollektorun bərpası istiqamətində addımlar atılır. Kollektorun bərpası yekunlaşan kimi, yolun bərpası istiqamətində addımlar atılacaq. Küçənin həmin hissəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.
Xatırladaq ki, son bir neçə gündə ölkə ərazisində müşahidə edilən yağmurlu hava fəsadsız ötüşməyib. Bir çox yolları su basıb, maşınlar, insanlar yollarda qalıblar. Ötən gün Yasamal rayonu ərazisindəki yollardan birində isə çökmə meydana gəlib. Çökmə Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində olub. Nəticədə səhər saatlarında müəyyən qədər ərazidə sıxlıq müşahidə olunub.
Elmin
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”























