Banner

Bakıda qrup halında narkotik qəbul edən gənclərin videosu yayıldı, polisi hamısını saxladı - VİDEO

Gündəm 12 Oktyabr 2022 12:36 Oxunub 1286
Bakıda qrup halında narkotik qəbul edən gənclərin videosu yayıldı, polisi hamısını saxladı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Nizami rayonunda qrup halında narkotik vasitə qəbul edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1985-ci il təvəllüdlü Siyavuş Bayramovdan 2.648 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə cinayət işi açılıb.

Digər şəxslər - 1981-ci il təvəllüdlü Rəsul Quliyev, 1983-cü il təvəllüdlü Elxan Məmmədov, 1976-ci il təvəllüdlü Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, ölkəboyu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı polis əməkdaşları tərəfindən qətiyyətli mübarizə aparılır: “Bu mübarizə tədbirləri paytaxtın Nizami rayonundan da yan keçmir. Görüntülərlə bağlı qeyd etmək istərdik ki, həmin ünvanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç və onlara narkotik vasitələri satan daha bir nəfər artıq polislər tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər”.

“Bir faktı qeyd edim, həmin şəxslər görüntülər sosial şəbəkələrdə yayılandan sonra yox, polisin narkotik vasitələrə qarşı apardığı genişmiqyaslı əməliyyatlar çərçivəsində bir-neçə gün bundan əvvəl tutulublar. Bir daha vətəndaşları narkotiklərlə mübarizədə polis əməkdaşlarının apardığı mübarizəyə dəstək verməyə çağırırıq”, - deyə DİN rəsmisi qeyd edib. 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh