Bakıda qurumuş ağac avtomobilin üzərinə aşdı: Zərərçəkmişin zərərini kim ödəyəcək? - VİDEO

Bakıda qurumuş ağac avtomobilin üzərinə aşıb.
Avtosfer.az xəbər verir ki, hadisə dünən Nizami rayonu, Tofiq Abbasov 40 ünvanında baş verib. Zərərçəkmiş Anar Teymurov deyir ki, o həmin ünvana müştəri gətirib. Onu düşürüb, geri qayıtmaq istəyən zaman başına bu iş gəlib.
Zərərçəkmiş deyir ki, ona ciddi maddi ziyan dəyib.
Bakı Şəhəri Yaşıllaşdırma təsərrüfatı birliyinə müraciət etsə də, cəhdləri nəticə vermir. Ona dəymiş zərərin ödənməyəcəyi qəti şəkildə ifadə edilib.
Anar Teymurov deyir ki, o taksi fəaliyyəti ilə məşğuldur. Bu gözlənilməz hadisə onu əlavə maddi ziyana salıb. İşində fasilə yaranmaması üçün arxa şüşəni dəyişib taksi fəaliyyətini davam etdirir. O bununla belə, dəymiş zərərin ödənilməsini istəyir.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq. Hadisə barədə onlara foto və məlumat təqdim etdik. Ancaq onlar sorğumuzu görsələr də, onu cavabsız qoydular. Hüquqşünaslar bildirirlər ki, vətəndaş belə vəziyyətdə məhkəməyə müraciət edərək ona dəymiş zərərin ödənilməsini təmin edə bilər.
Ətraflı videomaterialda.
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat










