Bakıda reabilitasiya mərkəzi vətəndaşın pulunu geri qaytarmır - ŞİKAYƏT + FOTO

Bakıda vətəndaş reabilitasiya mərkəzində seans qiymətinin birdən-birə qaldırılmasından gileylənir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.az-ın redaksiyasına şikayət ünvanlayan Ülviyyə Yusifova övladının müalicəsi üçün ayrılan pulun qaytarılmadığını qeyd edib:
“Mənim qızım Aytən Qurbanova 8 yaşı var. Anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığı xəstəliyindən əziyyət çəkir. Üç dəfə ağır əməliyyat keçirib. Əməliyyatdan sonra həkimimiz reabilitasiya yazdı.
Biz Bakı şəhəri Nərimanov rayonu Aşıq Molla cümə 44 b ünvanında yerləşən ARS reabilitasiya mərkəzinə müraciət etdik. Qızım orda çalışan həkim Rəşid Muradov tərəfindən müayinə olundu. Və reabilitasiyasına başladıq, bir günlük seansı 30 manatdan reabilitasiyasına başladıq. 10 oktyabr tarixində qızımın reabilitasiya üçün ARS reabilitasiya mərkəzinə 900 manat ödəniş etdik.
Bir günlük seans 30 manatdan idi. 14 gün seans keçdik. Dekabrın 9-a qədər qızımın ARS reabilitasiya mərkəzində müalicəsini davam etdik. Qızım Suçiçəyi keçirdi. Heç yerə çıxa bilmədik. Karantin bitəndən sonra yanvar ayından etibarən müalicələrimizi davam etdirmək istədikdə ARS reabilitasiya mərkəzi qiymətlərin qalxdığını bildirdi.
1 günlük seansı 45 manat olduğunu dedilər. O məbləğin bizim üçün çox baha olduğunu söylədim. Orada qalan 480 manatımızı geri tələb etdim və bizə heç bir məbləğ qaytarılmayacağını ARS reabilitasiya mərkəzinin rəhbəri Sevda Xanməmmədova bildirdi. Bizə hədə- qorxu gələrək ARS reabilitasiya mərkəzindən qovdu. Bizim o pula ehtiyacımız var. Uşağımn müalicəsini davam etdirmək üçün o pul lazımdır”.
Məsələ ilə bağlı sözügedən reabilitasiya mərkəzinə sorğu ünvanlamışıq.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










