Bakıda rəsmi kortej tıxacla hərəkət etdi

Bakı Olimpiya Stadionunun qarşısında aparılan tunel tikintisi səbəbindən rəsmi kortej tıxacla hərəkət etməli olub. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, yaranmış sıxlıq daha uzun tıxaca səbəb olmasın deyə, Dövlət Yol Polisi əməkdaşları yolu tamamilə bağlamayıblar. DYP əməkdaşlarının köməyi ilə Bakıxanov qəsəbəsindən gələn avtomobillər prospekt yoluna hissə-hissə buraxılıb. Rəsmi kortej də vətəndaşlarla birgə tıxacla hərəkət edib.
Polislərin səyi nəticəsində yolda uzunmüddətli sıxlıq yaranmayıb. Tunel tikintisi ilə əlaqədar metronun “Koroğlu” stansiyasına gedən yolda nəqliyyat sıxlığını aradan qaldırmaq üçün Atletlər Kəndi ərazisindən olan yolu vətəndaşlar üçün açıblar.
Belə ki, Ziya Bünyadov prospektinə tərəf hərəkət edən avtomobillər sıxlığa düşməsin deyə, Olimpiya stadionu ətrafından hərəkət edərək Z.Bünyadov prospektinə çıxıblar.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunun qarşısından yolun əks istiqamətinə qədər uzanacaq tunelin tikintisinə başlanılıb. Bu tunel Ziya Bünyadov (Dərnəgül) prospektindən gələn və hava limanı istiqamətində hərəkət edən sürücülərin işini asanlaşdıracaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












