Bakıda rəsmi şəhər kartının yaradılmasına dair memorandum imzalanıb

Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi (BNA) və "Paşa Travel" şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartı yaratmaq məqsədilə memorandum imzalanıb. Bununla da turistlər üçün rəsmi şəhər kartı olan "Baku Card" yaradılacaq. Tədbirdə çıxış edən BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov deyib ki, hazırda Bakıda 500-dən artıq marşrut avtobusu kart sisteminə qoşulub: "Hazırda Bakı şəhərində 21 daşıyıcı 2 168 marşrutla sərnişinlərə xidmət göstərir ki, onlardan 500-də kart sistemi keçərlidir. Hesab edirəm ki, tərəflər bununla bağlı işçi qrupu yaradacaq və bütün suallar cavablandırılacaq".
Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev isə bildirib ki, "Baku Card" paytaxta gələcək turistlərin statistikasını da əldə etməyə imkan verəcək.
Tədbirdə həmçinin bildirilib ki, "Baku Card" artıq bir neçə aydan sonra satışa çıxarılacaq.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












