Bakıda sahibkarlar arasında kütləvi dava – FOTO

Bakıda kütləvi dava olub. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Mərdəkan-Qala avtomobil yolunun şərq hissəsində, “Qalabazar” İstirahət Mərkəzinin yaxınlığında baş verib.
Hadisə ərazidəki torpaq sahəsi üstündə olub. Məlumata görə, “Qalabazar” İstirahət Mərkəzinin sahibləri ilə yaxınlıqdakı torpaq sahəsinin sahibkarı arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib.
“Qalabazar” İstirahət Mərkəzi rəhbərinin adamları sahibkara məxsus torpaq sahəsində tikinti aparan şəxslərə hücum edib və onları döyüblər. Hadisə zamanı əraziyə gələn,
“Qalabazar” İstirahət Mərkəzinin sahiblərindən biri Mehdi adlı şəxs şəxsi avtomobili ilə Bakı şəhər sakinləri - Zamanov Avtandil Məhərrəm oğlu, Kərimov Ələddin Qafar oğlu və torpaq sahəsinin sahibinin nümayəndəsi Rüfət Vəliyevi vurub.
Hadisə yerinə Xəzər rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Yaralılara Təcili Tibbi Yardım Briqadası tərəfindən ilk tibbi yardım göstərilib və xəsarət alanlardan iki nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsində araşdırma aparılır.
Xəzər rayon Polis İdarəsindən faktı təsdiqləsələr də, hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












