Bakıda şaxtalı hava ölümə səbəb oldu

Qarlı-şaxtalı hava ölümə səbəb olub. Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb. Avtosfer.az xəbər verir ki, şəhər sakinlərinin anspress-ə verdiyi məlumata görə, şəxsiyyəti istintaqla hələlik müəyyən edilməyən 50-55 yaşlı Ziya Bünyadov prospektində yerüstü keçiddən keçmək istəyərkən yıxılıb. Qapalı kəllə-beyin travması alan kişi yerindəcə dünyasını dəyişib. Nərimanov Rayon Prokurorluğundan faktı təsdiqləyərək bildiriblər ki, polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib. Ancaq ölən şəxsin üzərindən şəxsiyyətini təsdiq edən heç bir sənəd çıxmadığı üçün hələlik mərhumun şəxsiyyətini təsdiq etmək mümkün olmayıb. Meyit tibbi müayinə üçün əraziyə cəlb edilən təcili tibbi yardım avtomobili ilə məhkəmə tibbi ekspertizasının Nərimanov rayon şöbəsinə aparılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, çovğun olacaq, bəzi yollar buz bağlayacaq.
Bu gün isə ölkə ərazisində aramsız yağan qar təkcə Bakıda 2 nəfərin ciddi travma almasına səbəb olub.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










