Bakıda şəhidlərin adını daşıyan park niyə zibilliyə çevrilib? – RƏSMİ AÇIQLAMA - FOTO
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən “20 yanvar” parkında hələ də natəmizlik və antisanitariyya vəziyyəti hökm sürür.
Avtosfer.az xəbər verir ki, bu barədə qəsəbə sakinləri Baku.ws-in “qaynar xətti”nə dəfələrlə şikayətlərində bildirirlər.
Biləcəri sakini, Qarabağ müharibəsi iştirakçısı Asif Şirinov açıqlamasında bildirib ki, park zibilxanaya çevrilib.
park bərbad vəziyyətə düşüb. Parkı zibil basıb. Təmizləyən yoxdur. Ağacların və kolların çoxu quruyub”, - deyə şikayətçi bildirib.
Asif Şirinov deyir ki, hər şey bir yana, “20 yanvar” şəhidlərinin adı da təhqir olunur:
“Şəhidlərin adları əks olunan abidə pis gündədir. Mən bir neçə dəfə onu silsəm də, abidə təmizlənməlidir. Ümumiyyətlə, bu parka baxan yoxdur”.
Qeyd edək ki, park həqiqətən də hər zaman baxımsız və bərbad gündə olur. Yalnız hər il yanvar ayının 18-dən 20-nə qədər parkda təmizlik işləri aparılıb. Şəhidlərin şərəfinə ucaldılan abidə təmizlənir.
Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətindən BAKU.WS-ə bildiriblər ki, qeyd edilən istirahət parkında təmizlik işləri aidiyyəti Mkis tərəfindən mütəmadi olaraq icra edilir.
“Parka istirahətə gələn şəxslər tərəfindən çirklənmənin yay aylarında daha çox olduğu nəzərə alınaraq, ərazinin təmizliyinin qorunması üçün müvafiq tədbirlər görüləcəkdir. Eyni zamanda, Biləcəri bələdiyyəsi tərəfindən mütəmadi olaraq monitorinq aparılacaq, parkda istirahət edən sakinlərdən sanitar-təmizlik məsələlərinə riayət etməyən şəxslərlə maarifləndirmə işləri aparılacaqdır”.
Qeyd edək ki, dəfələrlə bu parkın vəziyyətilə bağlı məlumat verilsə də, hələ də tədbir görən yoxdur.