Bakıda səkidə "qara dəlik" açıldı - FOTO

Bakıda yenə yol çöküb, piyadalar üçün ciddi təhlükə yaranıb. Binəqədi rayonu, 6-cı mkr, metronun "Nəsimi" stansiyasının girişində yerləşən yol bir həftəyə yaxındır çöksə də, təmir olunmayıb. Avtosfer.az xəbər verir ki, bu barədə sakinlərin virtualaz.org-a verdiyi məlumata görə, həm də dayanacağın qarşısından keçən təhlükəli yolu nəinki təmir edən, heç təhlükə ilə bağlı hər hansı nişan qoyan da yoxdur. "Bir neçə gün öncə yağan güclü yağışdan sonra səhər işə gedərkən buranı çökmüş gördük. Bura həm dayanacağın qarşısıdır, həm də metroya gedən yoldur, bir sözlə ümumişlək yoldur. Hər gün yüzlərlə adam keçib-gedir, yaxınlıqda məktəblər var. Hələ qaranlığı demirik, gündüz belə yaxınlığına çatmasan, yolun çökdüyü görünmür. Uşaq, böyük, kim düşsə, şikəst olacaq", - deyə sakinlər bildirirlər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI














