Bakıda səkini yola çevirdilər: Sahibkar icra hakimiyyəti ilə razılaşıb? - VİDEO

Gündəm 29 Oktyabr 2024 16:00 Oxunub 224
Bakıda səkini yola çevirdilər: Sahibkar icra hakimiyyəti ilə razılaşıb? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda milyonluq layihə sahibi olan şəxs və ya şəxslər şəhərin səkilərini zəbt etməyə davam edir.

Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda yerləşən yeni tikilinin sahibləri piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazini özlərinin gəlir mənbəyi olan obyektin həyətinə qatıb. Ölkə olaraq COP29 beynəlxalq konfransına hazırlaşdığımız ərəfədə ölkənin paytaxtında bu cür qanunsuzluqlar Azərbaycanın nüfuzuna ciddi zərər vuracaq addımlardır.

Belə ki, Hənifə Ələsgərov və Süleyman Rüstəm küçələrinin kəsişməsində yerləşən “Gold Plaza” adlı yaşayış kompleksinin sahibkarları kompleksin Hənifə Ələsgərov küçəsinə baxan hissəsinin önündəki səkini kəsib və avtomobil yoluna çevirib. Bu addım, böyük ehtimalla, kompleksin aşağı mərtəbələrində açılışı planlaşdırılan ticarət obyektlərinin xidməti avtomobillərinə şərait yaratmaq üçün atılıb. Lakin səkinin bu tərzdə zəbt edilməsinə hansı qurum, hansı təşkilat razılıq verməyindən asılı olmayaraq, kompleks sahiblərinin paytaxtın küçələrinə, səkilərə, eləcə də, ərazidən istifadə edən vətəndaşlara qarşı özbaşınalığı bütün hallarda qəbuledilməzdir. Rayonlarda səkilərə, ərazidə tikinti işlərinin aparılmasına icazə məsələsi isə yerli icra hakimiyyətlərinin səlahiyyətləri daxilində olduğu isə dəqiqdir.

Məsələ ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da bu mümkün olmadı. Keçmiş icra başçısı Asif Əsgərov hazırda ötən ay bu vəzifədən azad edildi və hazırda qurumda rəhbərliyin olmaması artıq uzun müddətdir ki, rayonda yaranan problemlərə etinasız yanaşma ilə nəticələnib. Avtosfer.az saytı olaraq, yenə də icra qurumunun mövqeyini verməyə hazırıq.

Əməkdaşımızın Hənifə Ələsgərov küçəsindən çəkdiyi görüntüləri sizə təqdim edirik:

Səfər

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh