Metro və avtobuslarda gediş haqqı 1 manat olacaq? - AÇIQLAMA

Ölkədə son bahalaşmalar fonunda ictimai nəqliyyatda da gediş haqqının artırılması istiqamətində fikirlər səsləndirilir. Bu il ərzində əhalini daha bir bahalaşmanın gözlədiyi bildirilir.
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sfera.az-a açıqlamasında bu ehtimalın gündəmdə olduğunu deyib:
"İctimai nəqliyyatın bu gün 70 faizindən çoxu sahibkarların əlində cəmləşir və bu sahədə istənilən halda məqsəd qazanc əldə etməkdir. Əgər qazanc yoxdursa, təbii ki, sahibkarlar tənəzzülə uğrayacaqlar. Aparılan təhlillər onu göstərir ki, Bakı şəhərində ictimai nəqliyyatda bir sərnişinin daşınması (həm metro, həm də avtobus vasitəsilə) təxminən 1 manat civarında başa gəlir. Bu, dövlət tərəfindən tənzimlənən siyasət olduğuna görə, 30-40 qəpik olaraq nəzərdə tutulur. Bu baxımdan fikrimcə, dövlətin də artıq ya sahibkarlara hansısa formada dotasiya ödəməsi nəzərdə tutulmalıdır, ya da qiymət rentabelli olmalıdır”.
Müsahibimiz qeyd edilən məsələlərin zərurət olduğunu vurğulayıb:
"Bu, qaçılmazdır. Kimsə düşünməsin ki, qiymət artımının tərəfdarıyam. Reallıqları qəbul etmək lazımdır. Qiymət artımının nə zaman baş verə biləcəyini bilmirəm, amma gec-tez baş verəcək. Elə yanacaq qiymətinin artımı da partlayışa gətirib çıxardı. Sahibkarlar qiymət artımına ehtiyacın olduğunu dedilər. Amma dövlət tərəfindən bir siyasət yürüdüldü ki, sahibkarlara əlavə dotasiya veriləcək. Lakin bu gün milyonlarla manatı sahibkarlar hələ ala bilməyib”.
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı










