Bakıda silahlı narkobaron saxlanılıb - FOTO

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən, Hövsan Südçülük Sovxozunda yaşayan Novruz Salayev polislər tərəfindən saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman ümumilikdə 4 kiloqram 626 qram qurudulmuş marixuana, 2,725 qram heroin və 198,542 qram narkotik tərkibli bitkilərin kultivasiya üçün nəzərdə tutulan çətənə toxumu aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin yaşadığı evdən əlavə olaraq “BLOW Maqnum Voltran” markalı tapança aşkar olunub.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. zəruri istintaq hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Fərid
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















