Banner

Bakıda söküntülər başladı: Vətəndaşlar kompensasiyadan şikayətçidir - VİDEO

Gündəm 2 May 2025 11:06 Oxunub 354
Bakıda söküntülər başladı:  Vətəndaşlar kompensasiyadan şikayətçidir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının bəzi ərazilərində köhnə tikililərin sökülməsinə başlanılıb.

Avtosfer.az İTV-yə istinadən xəbər verir ki, paytaxtın 20-ci sahə adlanan ərazisi, Çernyaxovski küçəsində artıb sakinlərin bir qismi köçürülür.

Lakin verilən kompensasiya ilə razılaşmayanlar da var.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, mövcud evlərin sökülməsi və ərazinin abadlaşdırılması planlaşdırılır. Artıq həmin ünvanlarda yerləşən 34 mənzil üzrə kompensasiya ödənilib.

Sakinlərin köçürülməsi təmin edilib.

Digər ərazilərdə yaşayan vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələrinin bağlanması və ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh