Bakıda su basan avtomobil yollarının SİYAHISI

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) güclü yağışlarla əlaqədar Bakı və Abşeron ərazisində yollarda tıxacların qarşısını almaq məqsədilə gücləndirilmiş iş rejiminə keçib.
Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Qurum rəsmisi bildirib ki, səhər saatlarında bəzi ərazilərdə yağışın normadan artıq yağması nəticəsində yollarda avtomobillərin hərəkətində çətinliklər yaranıb: “Hazırda Binəqədi rayonuna gedən yolda kollektor olmadığından həmin yolda çətinlik yaranıb. Hər dəfə yağış yağanda bu yolu su basır. Bundan başqa, paytaxtın Əhməd Ağaoğlu və Təbriz küçəsinin kəsişməsində kollektor olsa da, intensiv yağış nəticəsində bu kollektor da suyu ötürməyə çatdırmır, suyu geriyə verir, nəticədə su yola dolur”.
A.Nəcəfli bildirib ki, paytaxtın Ziya Bünyadov, Xətai və Neftçilər prospektində də hərəkətdə çətinliklər yaranıb. Həmin ərazilərdə də mövcud su ötürücü xətlər çatdırmadığından sel suları geriyə, avtomobil yollarına axır.
Hazırda əraziyə “Azəravtoyol” əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi və “Azərsu” ASC-nin texnikaları cəlb edilib, yollardan suların çəkilməsi və hərəkətin bərpa edilməsinə başlanılıb.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












