Bakıda sürücü avtobusu şüşələri qırıq vəziyyətdə idarə edib - AÇIQLAMA - VİDEO

Paytaxtda 166 nömrəli marşrut üzrə hərəkət edən avtobusun sərnişinlərlə hərəkətdə olarkən qırıq şüşələrlə idarə olunması barədə görüntülər yayılıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı avtobusun istismarında olduğu "General Auto Company" firmasının direktor müavini Asif Rüstəmov Oxu.az-a açıqlama verib:
"1 noyabr tarixində "General Auto Company" şirkətinin istismarında olan 166 saylı marşrut xəttində fəaliyyət göstərən avtobusun şüşələri qarşıdan gələn digər avtobusun güzgüsünün dəmir qolu ilə toqquşduqdan sonra sınaraq salona tökülüb".
O vurğulayıb ki, avtobusun şüşələri sındıqdan sonra sürücü bir neçə dayanacaq şəhər istiqamətində hərəkət edib:
"Bundan sonra sərnişinlər arxadan gələn digər avtobusa mindiriliblər. Qəzalı avtobus isə təmir üçün qaraja gətirilib.
Hadisə barədə məlumatımız olan kimi sürücü qaraja dəvət edilib, izahatı alınıb və intizam tənbehi seçilib".
Yeni Ələt–Astara magistralında qatı duman hərəkəti çətinləşdirib
Avtomobillər buzlu yollarda qəza edir - Qardan sonra fəsadlar - VİDEO
Gecə saatlarında sürət yarışları keçirilən yol - Nə radar var, nə kamera - FOTOLAR
Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? - AÇIQLAMA
Bir mübahisə, onlarla zərərçəkən: "Peşəkar sürücülərin çoxu Avropaya üz tuturlar"
Günay Ağamalı AVP sədri seçildi - YENİLƏNİB
Təyyarə qalmaqalında kritik nöqtə – Putin sözünü niyə tutmadı?
Paytaxtın bu küçələrində tıxac var - SİYAHI
Coratda yol çökür: Asfaltın altındakı su boruları üzə çıxıb - ŞİKAYƏT - VİDEO
İşdən qovulan icra başçısının daha bir qanunsuzluğu üzə çıxdı — İşçiləri əsassız yerə kütləvi işdən çıxardırmış - AÇIQLAMA
“İçərişəhər”dən prospektə uzanan qədim keçid bərpa olunmalıdır – MEMAR - FOTOSESSİYA











