Bakıda sürücü qəpikləri yerə çırpdı: BNA işə qarışdı

Paytaxtda fəaliyyət göstərən 67 nömrəli avtobusun sürücüsü qadın sərnişinin ona uzatdığı 1 və 5 qəpiklərdən ibarət gedişhaqqını yerə ataraq, ona sərt reaksiya göstərib.
Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sürücünün fotosunu yayımlayan şəxs qeyd edib ki, sürücü “Bu nədir? Aptekdir? Bu nə pullardır verirsən?” deyərək qəzəblənib. Sürücü onun şəklini çəkən zaman isə deyib ki, get, kimə istəyirsən, şikayət elə.
Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev qeyd edib ki, sürücü ilə bağlı müvafiq tədbir görülür:
“Məlum olduğu kimi, Azərbaycan Respublikasının hüdudları çərçivəsində istənilən məhsul alışı zamanı və xidmətin müqabilində ödənişlər milli valyutamızla aparılır. Hər birimizin də borcudur ki, qanunun bu tələbinə əməl edək. Eyni zamanda hər birimizin borcudur ki, nominalından asılı olmayaraq, milli valyutamıza qarşı hörmətlə yanaşaq. Bu sürücünün etdikləri birmənalı olaraq milli pul vahidinə qarşı hörmətsizlikdir. Həmin xətt üzrə daşıyıcı da BNA-ya çağırılıb. İddia edildiyi kimi, sürücü bu cür tərbiyəsizliyə yol veribsə, mütləq daşıyıcı onunla bağlı lazımı tədbiri görəcək. Bununla yanaşı, bu faktı sosial şəbəkədə müzakirəyə çıxaranlara da təşəkkür edirik. Çünki məhz ictimai qınaq bu cür hallarla mübarizədə daha səmərəli olur”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












