Bakıda suyu belə israf edirlər - ŞİKAYƏT - VİDEO
Gündəm
15 Noyabr 2023 16:27
Oxunub 768

“Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında yerləşən Heydər Əliyev adına parkda suvarma işinin düzgün aparılmaması vətəndaşların narazılığına səbəb olub.
Təqdim etdiyimiz videonu Avtosfer.az-a göndərən oxucu parkdan keçərkən hər dəfə eyni mənzərəylə qarşılaşdığını bildirib. Onun iddiasına görə, su xətlərindəki nasazlıq parkdan keçən insanlara çətinlik yaradır. Belə ki, suvarma zamanı ətrafa saçılan su yaşıllıqdan əlavə piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazilərə də yayılır. Yaranmış vəziyyət həm insanları narahat edir, həm də suyun lüzumsuz israfına səbəb olur.
Nərmin
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













