Bakıda svetoforlar düzgün işləmir

“Yaş həddinin üstündə çox dayanırıq. Burada söhbət sürücünün yetkinlik düşüncə tərzinə çatmasından gedir. Yaşın çoxluğu onu çılğınlıqdan, başqa mənfi hallardan uzaqlaşdıracaq”. Avtosfer.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Avtomobil nəqliyyatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. O qeyd edib ki, son zamanlar dövlət avtomobil təşkilatlarının verdiyi hesabatlara nəzər salsaq, hadisələrin ən çoxunun ictimai nəqliyyatda baş verdiyinin şahidi oluruq: «Marşrut avtobuslarında qayda-qanuna riayət olunmur. Biri musiqi qoyur, biri siqaret çəkir, biri telefonla danışır və digər qadağan olmuş hərkətlər edirlər. Vətəndaşlarımız qorunmaq üçün belə hallar aradan qaldırılmalıdır».
Deputat bildirib ki, rayondan gələn sürücünün 10 il təcrübəsi olsa da, Bakıda yolları tanımır, yol hərəkəti qaydaları ilə bağlı işarələrin yerlərini bilmir: “Belələri lisenziya alıb sürücülük etməyə başlayanda qəza hallarına yol verirlər. Naxçıvanda ayda bir dəfə avtobus və taksi sürücülərini dövlət avtomobil müfəttişliyi bir araya toplayır, onlara xəritələri göstərir, hansı yolların təmir olunacağını və bağlanacağını bildirir. Belə təcrübələrdən istifadə etmək lazımdır”.
S.Novruzov söyləyib ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də işini düzgün qurmalıdır. Onun sözlərinə görə, işıqforların nizamlanmasında müəyyən problemlər var: “Bəzən elə olur ki, bir tərəfə 2 dəqiqə, digərinə isə 15 saniyə vaxt verir. Avtomobili işə salıb keçmək istəyəndə artıq qırmızı işıq yanır. Bu məsələ də ciddi nizamlanmalıdır”.
Deputat şəhərdə həm avtobusların, həm də taksilərin fəaliyyətinə diqqət edilməli olduğunu bildirib.
Elməddin
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










