Bakıda tanınmış iş adamının toya hazırlaşan oğlu maşında infarkt keçirdi - Öldü - FOTO

Bakıda tanınmış iş adamının gənc oğlu qəfildən dünyasını dəyişib. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində körpünün üzərində qeydə alınıb. Belə ki, 20 yaşlı Əliyev Asim Nəriman oğlu qardaşı Şəhriyar Əliyev ilə birlikdə 10 SL 222 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkət edərkən qəfildən halı pisləşib. A.Əliyev hava almaq üçün qardaşından avtomobili saxlamasını xahiş edib. O, körpünün üzərində dayanarkən qəfildən yıxılıb. Ş.Əliyev qardaşını xəstəxanaya çatdırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin dediyinə görə o, infarkt keçirib.
Qeyd edək ki, A.Əliyev "Qarabağ Broyler MMC"nin və "Şəhriyar" şadlıq sarayının sahibi Nəriman Əliyevin oğludur. Dekabrın 10-da A.Əliyevin toy məclisi olacaqdı. Onun nişanlısı yüksək vəzifəli polis əməkdaşının qızıdır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI













