Bakıda təcili tibbi yardıma müraciətlərin sayı artıb - Bayram günlərində

“Bayramla əlaqədar istirahət günlərində təcili tibbi yardıma müraciətlər arasında fövqəladə vəziyyət qeydə alınmayıb. Bütün briqada normal şəkildə fəaliyyət göstərib”.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə deyib.
Onun sözlərinə görə, bayram günlərində Bakıda təcili yardıma müraciət edənlərin sayı adi günlərlə müqayisədə çox olur: “Buna səbəb poliklinikaların işləməməsidir. Əsas adi çağırışlar üzrə müraciətlər olub. Gün ərzində təxminən 2800-dən çox müraciət edilib”.
M.Mirzəzadə onu da qeyd edib ki, bayram günləri 138 briqada iş başında olub: “Bölmələrdə məsul şəxslərin hamısı növbəlilik prinsipi əsasında gücləndirilmiş iş rejimi əsasında işləyib. Bütün müraciətlər vaxtında öz həllini tapıb və gecikmə ilə bağlı heç bir şikayət olmayıb. Bir faktı da əlavə edim ki, təcili və təxirə salınmaz çağırışları ilk növbədə həll etmişik”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












