Bakıda təcili yardım maşınında uşaq dünyaya gəldi - TƏBİB-dən AÇIQLAMA

Xəstəxanaya çatdırılmalı olan hamilə qadının vəziyyəti ağırlaşdığı üçün doğuş prosesi təcili tibbi yardım avtomobilində idarə olunub. Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB-in şöbə müdiri Elnur Hidayətoğlu məlumat paylaşıb. O bildirib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 34 yaşlı qadının doğuş səbəbilə çağırış daxil olub. Ünvana təcili tibbi yardım briqadası göndərilib və xəstəxanaya aparılarkən 37 həftəlik hamilə qadının doğuş prosesi başlayıb. Həkim briqadası tərəfindən operativ müdaxilə edilməklə, doğuş prosesi elə təcili tibbi yardım avtomobilində gerçəkləşib.
Təcili tibbi yardım briqadası tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (oğlan) ərazi üzrə ən yaxın ünvana, Respublika Klinik Xəstəxanasına çatdırılıb.
Hazırda ana və körpənin vəziyyəti stabildir.
Xəstənin ailəsi tərəfindən təcili tibbi yardım briqadasına göstərdikləri tibbi xidmətə, operativ müdaxiləyə görə öz təşəkkürünü bildirib.
Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ
Bakıda avtobuslarda sıxlıq yaranmasının əsas səbəblərindən biri - FOTO - AÇIQLAMA
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq
Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir - POLİTOLOQ
Taksi sürücüləri üçün imtahan keçiriləcək
Daha bir ərazidə piyada zonası yaradılır - VİDEO
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət CƏDVƏLİ - FOTOLAR
Prezident FƏRMAN İMZALADI - Maaşdan 50 faiz tutulacaq
Bakıda yollar ödənişli olacaq – QİYMƏT AÇIQLANDI
Paytaxtın 22 istiqamətində tıxac var - SİYAHI
Qış təkərləri məcburi olacaq? : "Bu məsələyə ciddi yanaşmaq lazımdır"











