Bakıda təhlükəli küçə: Maşınlar çuxura düşür, ard-arda qəzalar baş verir - VİDEO

Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yolun asfalt örtüyü istifadəyə yararsızdır.
Avtosfer.az-ın məlumatına görə, ərazidən mütəmadi olaraq istifadə edən sürücülərdən biri bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, küçədə bir müddət əvvəl təmirlə əlaqədar qazıntı işləri aparılıb. Lakin qazılan yola asfalt örtüyü çəkilmədiyi üçün dərin çuxur əmələ gəlib: “Təmirdən sonra qazılan yola tökdükləri torpaq çöküb və artıq kanala çevrilib. Ərazidən ilk dəfə istifadə edən, yola bələd olmayan sürücülər sürətlə gələrək həmin hissəyə çatdıqları vaxt anidən çuxuru görürlər.
Nəticədə çuxura düşən maşınlar ciddi maddi ziyana məruz qalır. İkinci halda isə sürücülər avtomobillərinə zərər dəyməməsi üçün qəfil əyləci basaraq dayanırlar. Belə olan halda arxadan gələn sürücülər düzgün ara məsafəsi təyin etmədikləri zaman qəzalar qaçılmaz olur”.
Şikayətçi, hətta bu səbəbdən sözügedən ərazidə ard-arda yol-nəqliyyat hadisələrinin baş verdiyini də əlavə edib: “Dünən bu küçədə iki yol qəzası qeydə alınıb. Çuxuru anidən görən xanım sürücü qəfil tormoz verdi və bu vaxt arxadan gələn motosiklet maşına çırpıldı”.
Sonda sürücü aidiyyəti quruma səslənərək xoşagəlməz halın qısa müddətdə aradan qaldırılmasını xahiş edib.
Nərmin
Magistral yolda "ölüm qaranlığı": Dörd aydır niyə tədbir ... - VİDEO
Bəzi bölgələrdə zəlzələ ocaqları aktivləşib - Seysmoloqdan həyəcan təbili - VİDEO
İki min manatadək cərimə oluna bilərsiniz - XƏBƏRDARLIQ - VİDEO
Maaşların verilmə müddəti dəyişdirildi - YENİ QAYDA
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bu gündən iki marşrutda gedişhaqqı 10 qəpik bahalaşdı
AYNA 5 min sürücü hazırlayacaq; Şərait də yaradılacaq - FOTO
Zəngəzur dəhlizindən keçid belə olacaq: Ermənilər arxa ofisdə oturacaq
Bu tarix də bayramlar sırasına daxil edildi - RƏSMİ
Bakıda avtobuslarda sıxlıq yaranmasının əsas səbəblərindən biri - FOTO - AÇIQLAMA
Dumanlı hava şəraiti səbəbindən görünüş məhdudlaşacaq











